
III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində “Şərq məqam sənətində yeni tendensiyalar: ənənə və innovasiyaların vəhdəti” mövzusunda beynəlxalq elmi-praktik konfrans davam edir. Sözügedən beynəlxalq elmi-praktik konfrans Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov, Namanqan vilayətinin hakimi Shavkat Abdurazzoqov və Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Shermanovun açılış nitqləri ilə başlamışdır.